PDF Oxu

Dünya

  • 1 480

Pablo Nerudanın zəhərlənmədən öldüyü ehtimal olunur

Pablo Nerudanın zəhərlənmədən öldüyü ehtimal olunur

Nobel mükafatına layiq görülmüş Çili şairi Pablo Nerudanın ölüm səbəbini araşdırmaq üçün onun qalıqlarından nümunələr götürüləcəkdir.Bunu Çili məhkəməsi qərara almışdır.

Nobel mükafatçısı, Çili Kommunist Partiyası siyasi bürosunun üzvü P.Neruda 1973-cü ilin sentyabrında baş vermiş hərbi çevrilişdən 12 gün sonra ölmüşdür. Həmin çevriliş nəticəsində sosialist prezident Salvador Alyende devrilmiş və hakimiyyətə general Auqusto Pinoçet gəlmişdir.

Rəsmi versiyaya görə, Pablo Neruda xərçəngdən ölmüşdür. Amma gümanlara görə, onu zəhərləmişlər.

2011-ci ildən istintaq başlamışdır. Qəbrin nə vaxt açılacağı hələlik bəlli deyildir.

Pablo Neruda İsla Neqra qəsəbəsindəki qəbiristanlıqda, həyat yoldaşının yanında dəfn edilmişdir. Bu qəsəbə paytaxt Santyaqonun 120 kilometrliyində yerləşir.

AzərTAc

Digər xəbərlər