PDF Oxu

Dünya

  • 1 189

ABŞ-ın Geoloji Xidməti Koreya Xalq Demokratik Respublikasında təkan qeydə almışdır

ABŞ-ın Geoloji Xidməti Koreya Xalq Demokratik Respublikasında təkan qeydə almışdır

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ərazisində fevralın 12-də Yaponiya vaxtı ilə saat 11.57 dəqiqədə 4,9 bal gücündə təkan qeydə alınmışdır.

Təkan KXDR-in əvvəllər iki dəfə nüvə sınağı keçirdiyi Hamqyon-Pukto əyalətində, Panqyo-ni poliqonunun yaxınlığında aşkar edilmişdir. Təkanın koordinatları 41,29 dərəcə şimal eninə və 129,08 dərəcə şərq uzunluğuna bərabərdir.

KXDR-in nüvə proqramına görə narahat olan bir çox ölkələr bunun nüvə sınağı olub-olmadığını aydınlaşdırmağa çalışırlar.

Koreya Respublikası Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında KXDR-in nüvə sınağı keçirməsinin mümkünlüyü qeyd edilmişdir.

AzərTAc

Digər xəbərlər