PDF Oxu

Dünya

  • 1 422

Fransada ibtidai sinif müəllimləri tətil etmişlər

Fransada ibtidai sinif müəllimləri tətil etmişlər

Fransada ibtidai sinif müəllimləri ölkənin təhsil naziri Vənsən Teyyonun ibtidai siniflərdə dərs günləri ilə bağlı həyata keçirmək istədiyi islahata etiraz əlaməti olaraq tətil keçirmişlər.

Fransadakı ibtidai sinif müəllimlərinin 58 faizi tətildə iştirak etmişdir. Onlar nazirlikdən dərslərin 4 gün əvəzinə 4, 5 gün keçirmək barədəki islahatına son qoymağı tələb etmişlər.

Parisdəki ibtidai sinif müəllimlərinin 60 faizini əhatə edən tətil iştirakçıları paytaxt meriyasının qarşısına toplaşaraq mer Bertran Delonoya 2013-cü ildə dərslərin həftədə 4 gün əvəzinə dörd gün yarım keçirilməsi barədəki qərara etirazlarını bildirmişlər. Tətil iştirakçılarının nümayəndələrini qəbul edən B.Delonoy bu məsələyə martda baxılacağını və müəllimlərə əməli kömək göstərəcəyini vəd etmişdir.

AzərTAc

Digər xəbərlər