PDF Oxu

Dünya

  • 1 386

Avropa İttifaqı Maliyə 250 milyon avro yardıma qoyduğu sanksiyanı ləğv etmişdir

Avropa İttifaqı Maliyə 250 milyon avro yardıma qoyduğu sanksiyanı ləğv etmişdir

Avropa İttifaqı münaqişə zamanı dağılmış infrastrukturları bərpa etmək məqəsədilə Maliyə ayrılan 250 milyon avroluq yardım üzərindən sanksiyanın götürüldüyünü bəyan etmişdir. Ölkədə baş verən dövlət çevrilişi ilə əlaqədar 2012-ci ilin martında Naliyə ayrılan yardım dondurulmuşdu.

İnkişaf məsələləri üzrə Avropa komissarı Maliyə ayrılan yardımın il ərzində ölkəyə veriləcəyini bildirmişdir. Bu vəsait münaqişədən zərər çəkən qaçqın və məcburi köçkünlərə yardım məqsədilə ayrılmışdır. Münaqişə nəticəsində ötən il 150 min malili ölkəni tərk edərək qonşu Burkino Faso, Mavritaniya və Niger dövlətlərinin ərazisində sığınacaq tapmışdılar.

AzərTAc

Digər xəbərlər