PDF Oxu

Dünya

  • 1 209

İranın Şərqi Azərbaycan vilayətində daha bir zəlzələ baş vermişdir

İranın Şərqi Azərbaycan vilayətində daha bir zəlzələ baş vermişdir

Fevralın 13-də axşam saatlarında İranın Şərqi Azərbaycan vilayətində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş vermişdir. Yerli informasiya mənbələrinin yaydıqları məlumata görə, əhali yeraltı təkanı böyük təşvişlə qarşılamışdır. Təşvişə 2012-ci il avqustun 11-də və ondan sonrakı dövrdə bölgədə baş vermiş dağıdıcı zəlzələlər səbəb olmuşdur.

Vilayətin rəsmi nümayəndələri bildirmişlər ki, qeyd olunan tarixdən ötən müddətdə bölgədə 601 sayda yeraltı təkan baş vermişdir. Havaların qarlı və şaxtalı keçməsi çadırlarda məskunlaşmış evsiz insanların həyatını daha da ağırlaşdırmışdır.

AzərTAc

Digər xəbərlər