Misirin cənubundakı Luksor şəhərində baş verən hava şarı faciəsində 19 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hava şarının 300 metr yüksəklikdən şəkər qamışı tarlasına düşdüyü bildirilib. Hadisə nəticəsində 9-u honq konqlu, 4-ü yapon, 3-ü ingilis, 2-si fransız və 1-i misirli olmaqla 19 nəfər həyatını itirib.
Aparılan araşdırma göstərib ki, şarın havalanması üçün istifadə edilən helium qazının sızması nəticəsində partlayış baş verib. Bələdçi hava şarını yerə endirməyə çalışsa da şar sürətlə şəkər qamışı tarlasına düşüb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...