Prezident Plevneliyev seçkilərin 12 mayda keçirilə biləcəyini deyib
Bolqarıstanda müvəqqəti hökumətin qurulmasıyla bağlı problem davam edir. Prezident Rosen Plevneliyev hökumət qurma səlahiyyətini parlamentodakı üçüncü ən böyük fraksiyaya sahib olan, əksəriyyəti türklərdən ibarət Haqq və Azadlıqlar Hərəkatına verəcəyini söyləyib.
Prezident qeyd edib ki, bu partiya da hökuməti qurma səlahiyyətindən imtina edərsə, növbədənkənar seçki keçiriləcək. Plevneliyev növbədənkənar seçkilərin mayın 12-də olacağını açıqlayıb.
Bolqarıstan prezidenti seçki qərarının qətiləşməsindən sonra parlamentin buraxılacağını və mütəxəssislərdən ibarət müvəqqəti hökumət qurulacağını söyləyib. Haqq və Azadlıqlar Hərəkatının lideri Lütfi Məstan daha əvvəl hökuməti qurma səlahiyyətindən imtina edəcəklərini açıqlamışdı.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...