PDF Oxu

Dünya

  • 1 369

Fransada dörd alpinist həlak olmuşdur

Fransada dörd alpinist həlak olmuşdur

Fransanın Ot-Alp departamentindəki Crely xizəksürmə stansiyası yaxınlığında dörd fransız alpinisti qar uçqunu altinda qalaraq həlak olmuşdur.

Bu barədə departament polisinin məsul şəxsi məlumat vermişdir. Məlumatda bildirilir ki, 3.604 metr hündürlükdə olan zirvəni fəth edən dörd nəfərlik qrup pis hava şəraiti ucbatından bir neçə yüz metrlik dərəyə yuvarlanmışdır. Bu arada qar uçqunu da baş vermiş və alpinistlər uçqun altında qalaraq həlak olmuşlar.

Əlverişli şərait olmadığından vertalyotların uçuşu mümküm olmamışdır. Hadisə yerinə onlarla jandarm və təcili yardım işçiləri göndərilmişdir. Alpinistlərin cəsədləri 10 saatdan sonra dərədən çıxarılmışdır.

AzərTAc

Digər xəbərlər