Yaponiyada ötən il bir neçə cəhddən sonra özünüöldürmə hallarının sayı xeyli azalmışdır. Bu, son 15 ildə özünəqəsd hallarının ümumi sayının 30 mindən aşağı düşməsinə səbəb olmuşdur.
Yaponiya Milli Polis İdarəsindən bildirmişlər ki, 2012-ci ildə 27858 nəfər özünü öldürməyə cəhd göstərmişdir. Bu, əvvəlki illə müqayisədə 2793 hal və ya 9,1 faiz azdır.
Təkrar özünü öldürməyə cəhd göstərən insanlar yüksək risk qrupuna daxil edilmişlər və hökumət onlara qarşı daha əməli tədbirlər görmək niyyətindədir.
Yaponiya hökumətinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, psixoloji yardım sisteminin yaxşılaşması və tibb müəssisələrində psixi sağlamlığın qorunması məqsədi ilə görülən tədbirlər öz müsbət nəticəsini verməkdədir.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...