PDF Oxu

Dünya

  • 1 297

Macarıstanın Daxili İşlər Nazirliyi “qar qəzası”nın baş verdiyini elan etmişdir

Macarıstanın Daxili İşlər Nazirliyi “qar qəzası”nın baş verdiyini elan etmişdir

Martın 15-də Macarıstanın daxili işlər naziri Şandor Pinter ölkədə "qar qəzası"nın baş verdiyini elan etmişdir.

Martın 15-nə keçən gecə və səhər ölkəyə bolluca qar yağmışdır. Xoşbəxtlikdən bu gün macarlar üçün iş günü deyil, çünki ölkə 1848-ci il inqilabını qeyd edir. Lakin səhər uşaqları Rusiya qrafiki ilə işləyən Rusiya məktəbinə aparan AzərTAc-ın xüsusi müxbiri martın ortalarına xas olmayan qar yığınından keçməli olmuşdur.

Ölkə DİN-in mətbuat xidmətinin verdiyi xəbərə görə, qar yığınlarını təmizləmək üçün fövqəladə vəziyyət xidmətləri, mülki könüllülər və hətta hərbiçilər küçələrə çıxmışlar. M1 dövlət avtobanında 100 kilometr məsafədə tıxaclar əmələ gəlmişdir. Yolda olan və qar çovğununa düşmüş motorçular gecəni yol kənarında öz maşınlarında keçirməli olmuşlar.

Təqribən 100 min adam elektriksiz qalmışdır.

İnqilabın ildönümü şərəfinə küçə yürüşləri ləğv edilmişdir.

AzərTAc

Digər xəbərlər