PDF Oxu

Dünya

  • 1 416

Yaponiya, Çin və Koreya Respublikası azad ticarət barədə danışıqlara başlamışlar

Yaponiya, Çin və Koreya Respublikası azad ticarət barədə danışıqlara başlamışlar

Seulda Yaponiya, Çin və Koreya Respublikasının nümayəndələri bu üç ölkə arasında azad ticarət barədə danışıqlara başlamışlar.

Üçtərəfli danışıqların birinci raundu martın 26-da keçirilmişdir. Tərəflər investisiyaların yönəldilməsi, xidmət sahələrinin liberallaşdırılması və digər məsələləri müzakirə etmək niyyətindədirlər.

Ticarət dövriyyəsinin həcminə görə Çin Yaponiyanın əsas, Koreya Respublikası isə üçüncü tərəfdaşıdır. Bu üç iqtisadiyyat birlikdə dünya üzrə ümumi daxili məhsulun 20 faizini təşkil edir.

Çin və Koreya Respublikası Yaponiyanın qoşulmaq istədiyi Trans-Sakit okean tərəfdaşlığı müqaviləsi üzrə danışıqlarda iştirak etmirlər.

Yaponiyanın nümayəndələri ümid edirlər ki, qonşularla imzalanacaq müqavilə ixracı və investisiyaları fəallaşdırmağa kömək edəcəkdir.

AzərTAc

Digər xəbərlər