Yaponiya KİV-inin yaydığı məlumata görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) raket-artilleriya bölmələrini ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bəyan etmişdir. Bu bölmələrə daxil olan bütün hərbi vasitələr ABŞ-ın materik hissəsini, Havay adalarını, Koreya Respublikasını və dünyanın digər təhlükə gözlənilən rayonlarını hədəfə almışdır.
Martın 26-da dərc edilmiş bəyanatda bildirlir ki, Koreya Xalq Ordusunun Ali komandanlığı KXDR-in bütün artilleriya qoşunlarının, o cümlədən strateji raket bölmələrinin və uzaq məsafəli artilleriyasının "1 №-li döyüş hazırlığı vəziyyəti"nə gətirildiyini elan etmişdir.
Bəyanatda həmçinin bildirlir ki, ölkənin hərbi qüvvələri Koreya Respublikasına "gücə güc ilə cavab verərlər" prinsipini nümayiş etdirməyə hazırdır. Bəyanatda qeyd edilir ki, Koreya Respublikası KXDR-in elə ilk hücumunda hər şeyi külə çevirməyə qadir yanğınlarla qarşılaşacağını nəzərə almalıdır.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...