Rusiyalı milyarder Boris Berezovskinin ölümü ətrafında müəmmalar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, martın 23-də Britaniyadakı malikanəsində ölən rusiyalı iş adamının meyiti aşkarlanarkən onun boynunda ip olub. Həmin ipin bir parçası isə vanna otağındakı dəmirin üzərində tapılıb.
Müstəntiq M.Bissell bu faktları şübhəli qəfil ölümləri araşdıran məhkəməyə ifadəsində deyib. Ekspertiza B.Berezovskinin ölüm səbəbi kimi asılma halını qeyd edib. Müstəntiq milyarderin evindəki axtarışların daha bir neçə gün davam edəcəyini söyləyib.
"The Guardian" qəzeti isə yazıb ki, B.Berezovskinin meyiti müayinə edilərkən onun qabırğasının sındığı məlum olub. Lakin meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...