Bu gün Türkiyə Prezidenti Abdullah Gül həyat yoldaşı Hayrunisə Gül ilə birlikdə Riqaya rəsmi səfərə gəlmişdir. Türkiyə Prezidenti Abdullah Gül ilə birgə mətbuat konfransında Latviya dövlətinin başçısı Andris Berzinış bəyan etmişdir ki, Latviya Türkiyənin Avropa İttifaqına daxil olmasını tamamilə dəstəkləyir və bunu Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq üçün yeni imkanlar hesab edir.
A.Berzinış Baltika ölkələrinin hava məkanının qorunmasında iştirakına görə Türkiyə tərəfinə minnətdarlığını bildirmişdir.
Türkiyə Prezidenti Latviyaya ikigünlük səfərə gəlmişdir. Abdullah Gül aprelin 3-də Baş nazir Valdis Dombrovskis ilə görüşəcək və "Latvenergo" şirkətinə məxsus istilik-enerji stansiyasına baş çəkəcəkdir.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...