ABŞ-ın və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri istanbulda Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsini müzakirə ediblər
ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İstanbuldakı "Çırağan" sarayında keçirilmiş görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələləri müzakirə olunub.
Görüşdən sonra keçirilmiş mətbuat konfransında Əhməd Davudoğlu bildirib ki, söhbət zamanı regional məsələlər, Cənubi Qafqazdakı vəziyyət, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ə.Davudoğlu daha sonra deyib: "Amerikalı həmkarım ilə Türkiyə-İsrail münasibətlərini, Yaxın Şərqdəki vəziyyəti və digər məsələləri də müzakirə etdik. Bütün bu məsələlər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı da diqqət mərkəzində olacaqdır. Lakin, ən aktual problem Suriyadakı vəziyyətin getdikcə ağırlaşması ilə bağlıdır. Biz qərara gəldik ki, bu məsələlər ilə bağlı, habelə İraqın ərazi bütövlüyü ilə əlaqədar bir toplantı keçirək".
Con Kerri bildirib ki, Türkiyə ilə ABŞ bundan sonra da regional məsələlərə dair məsləhətləşmələri intensivləşdirmək niyyətindədirlər. O, İranın da nüvə proqramının təhlükəsiz olduğunu bütün dünyaya sübut etməsinin zəruriliyini vurğulayıb.
ABŞ-ın dövlət katibi "Dolmabaxça" sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...