PDF Oxu

Dünya

  • 1 528

Avropada son 6 ayda 1 milyon nəfər iş yerini itirmişdir

Avropada son 6 ayda 1 milyon nəfər iş yerini itirmişdir

Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, Avropada son 6 ayda 1 milyon nəfər iş yerini itirmişdir.

"Euronews" kanalının məlumatına görə, hazırda Avropa İttifaqında 26 milyon nəfər işsizdir. Bu göstəricilər Avropa İttifaqının əmək bazarındakı vəziyyətin daha da pisləşdiyindən xəbər verir. Avrozona ölkələri arasında ən yüksək işsizlik Yunanıstan, Kipr, İspaniya və Portuqaliyada qeydə alınmışdır. Hesabatda qeyd olunur ki, Avropa ölkələrində böhranla mübarizə üçün həyata keçirilən sərt qənaət tədbirləri işsizliklə bağlı mənfi tendensiyaları daha da sürətləndirir.

AzərTAc

Digər xəbərlər