Estoniyanın öz ilk süni peykini kosmosa buraxmasına bir aydan da az vaxt qalır. Ölkə üçün tarixi hadisənin günü də bəllidir: 2 may.
Estoniyanın ESTCube-1 peykini Cənubi Amerikada Fransa Qvianasındakı kosmodromdan "Veqa" raketdaşıyıcısı orbitə çıxaracaqdır.
ESTCube-1 layihəsinin rəhbəri, Tartu Universitetinin dosenti Mart Hoorma demişdir: "Peykin köməyi ilə açıq kosmosda rekord sürət əldə etməyə imkan verən müasir kosmik mühərrikin hazırlanması üçün elektrik günəş yelkəni sınaqdan çıxarılacaqdır". Noorma kosmik araşdırmadan istifadə olunması perspektivlərini şərh edərək bildirmişdir ki, yelkənin köməyi ilə asteroidin yerini dəyişmək, onu Yerə gətirmək və ya kosmik aparatları uzaq planetlərə göndərmək mümkün olacaqdır. Araşdırmanı həyata keçirmiş Estoniya mütəxəssisləri qrupuna təqribən yüz tələbə və elmi əməkdaş daxil olmuşdur.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...