PDF Oxu

Dünya

  • 1 328

NATO müdafiə büdcələrini azaltmaq istəyir

NATO müdafiə büdcələrini azaltmaq istəyir

2012-ci ildə NATO çərçivəsində "Smart Defence" ("Ağıllı müdafiə") adlı layihə meydana çıxmışdır. Layihədə əsasən Şimali Atlantika İttifaqının Avropa üzvləri iştirak edirlər. Layihə tərəfdaş ölkələrin müəyyən qoşun və silah növlərində ixtisaslaşmasını və qeyrilərindən imtina etməsini nəzərdə tutur. Alyansın strateji sənədlərində daha bir ziddiyyətli formul bu prinsipi ifadə edir: "Pooling and Sharing". Tərcüməsi "resursları birləşdiririk və onlardan birlikdə istifadə edirik" deməkdir. Real həyatda isə hər şey kağızda yazıldığı kimi asan olmur.

Almaniya hökumətinin planlarına görə, bundesfer 2015-ci ilədək 8 milyard avrodan çox vəsaitə qənaət etməlidir. NATO-nun üzvü olan digər Avropa dövlətlərində də müdafiə büdcələrinin azaldılması nəzərdə tutulmuşdur. Buna görə də ittifaqın iqamətgahında "Smart Defence" və "Pooling and Sharing" formullarını maliyyə vəsaitinə qənaət layihələri kimi təqdim etməyə çalışırlar.

AzərTAc

Digər xəbərlər