Baş verən hadisə nəticəsində xeyli ölən və yaralanan var
Boston marafonunun finişində iki partlayış baş verib. "Reuters"in verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların dəqiq sayı barədə məlumat yoxdur. Şahidlər bildiriblər ki, zərərçəkənlərin sayı çox ola bilər. Boston marafonu dünyanın ən nüfuzlu beş marafonundan biridir.
CNN-in verdiyi məlumata görə, partlayışlar nəticəsində azı üç nəfər ölüb, 6 adam xəsarət alıb. Şahidlərin FoxNews-a verdiyi məlumata görə, zərərçəkənlərin əksəriyyətinin aşağı və yuxarı ətrafları qopub.
Bu il 117-cisi keçirilən Boston marafonunda 24 mindən çox idmançı iştirak edir.
Sonradan məlum olub ki, Boston marafonunda baş vermiş partlayış nəticəsində 12 nəfər ölüb, 15-ə yaxın adam xəsarət alıb. Xəbəri New York Post hüquq-mühafizə orqanlarına istinadən yayıb. Hadisə yerinin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb.
90 nəfərin yaralanma xəbərini isə 911 xilasetmə xidməti Twitter-də yayıb. Boston polisi 2 nəfərin həlak olduğunu təsdiqləyib. New York Post tabloidinin 12 nəfərin ölməsi barədə yaydığı məlumat hələlik rəsmən təsdiqlənmir. Bəzi KİV-lər yaralıların sayının 100-dən çox olduğunu zəbər verirlər.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...