Polis Pakistanın keçmiş prezidentini tapa bilib
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf həbs edilib. BBC-nin verdiyi məlumata görə, sabiq dövlət başçısı öz evində saxlanılıb. Qeyd edək ki, dünən Pakistanın sabiq prezidenti Pərviş Müşərrəf məhkəmə zalından qaçmışdı. Hadisə onu həbs etmək istəyən zaman baş vermişdi. Belə ki, cangüdənlər məhkəmənin qərarı elan ediləndən dərhal sonra onu qaçıraraq qara rəngli avtomobilə oturdublar. Onlar naməlum istiqamətdə gedərək gözdən itə biliblər.
Xatırladaq ki, Pakistanın sabiq prezidenti parlament seçkisində iştirak etmək üçün öz ölkəsinə geri dönmüşdü. O. 1999-cu ildə Pakistana rəhbərlik edib. Hərbi çevriliş nəticəsində hakimiyyətə gələn P.Müşərrəf 2008-ci ildə istefa vermişdi.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...