PDF Oxu

Dünya

  • 1 435

Quantanamoda aclıq aksiyası

Quantanamoda aclıq aksiyası

ABŞ-ın Quantanoma həbsxanasında aclıq tətilinə qatılan məhkumların sayı 77-yə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Polkovnik-leytenant Samuel Housun verdiyi açıqlamada 166 məhkumdan yarısının aclıq tətilinə qatıldığı, 17-sinin isə balon vasitəsilə yedizdirildiyini bildirib.Polkovnik-leytenant bundan başqa bildirib ki, Tətil edən 5 məhkum xəstəxanaya yerləşdirilib. Ancaq onların həyatı üçün təhlükə yoxdur.Qeyd edək ki, məhkumların vəkillərinin mart ayının əvvəlində həbsxana komandiri admiral Con Smitə göndərdikləri məktubda bütün məhbusların 6 apreldə aparılan axtarışlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən dini CD-lər, şəxsi məktublar və müqəddəs "Qurani-Kərim"in götürülməsi səbəbiylə aclıq aksiyasına başladıqlarını bildirmişdilər.

sia.az

Digər xəbərlər