Fransanın Reyms şəhərində qaz sızması nəticəsində yaşayış binasında güclü partlayış olmuşdur. Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər dağılmış binanın uçuqları arasından beş nəfərin meyidini və 14 yaralı çıxarmışlar. Yaralılar xəstəxanaya yerləşdirilmişdir. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Dörd nəfər sakin isə itkin düşmüşdür. Onların axtarışı hələlik bir nəticə verməmişdir.
Hadisə bazar günü cübh tezdən baş vermişdir. Binadakı mənzillərin birində qaz sızması bədbəxt hadisəyə səbəb olmuşdur. Bina tamamilə yararsız vəziyyətə düşmüşdür.
Ölkə başçısı Fransua Olland hadisəni faciə adlandırmış və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermişdir.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...