İspaniya Milli Statistika İnstitutunun məlumatına görə, ölkə sakinlərinin sayı 206 min nəfər azalıb 47,1 milyon nəfərə enmişdir, özü də bu azalma qeydə alınmış xarici rezidentlərin sayının azalması ilə bağlıdır. Keçən il ispanların sayı 10 min nəfər artmışdır. Bu artım ötən illərdəkindən azdır, əcnəbilərin sayı isə 216 min nəfər azalmışdır.
Ölkədən çıxıb gedənlərin əksəriyyəti buraya Kolumbiya, Ekvador və ya Boliviyadan gəlmişdir. Belə dinamikanın əsas səbəbi işsizliyin yüksək səviyyədə olmasıdır. İşsizlik dalbadal yeddinci rübdür ki, artır və artıq 27,2 faizə çatmışdır ki, bu da 1970-ci illərin əvvəlindən bəri misli görünməmiş maksimum göstəricidir.
Son statistik məlumatlar göstərir ki, İspaniyada işsizlərin sayı Danimarkanın bütün əhalisinin sayından çoxdur. Gənclər arasında işsizlik səviyyəsi 57 faiz təşkil edir.
Ekspertlər qeyd edirlər ki, 2000-ci ildən 2009-cu ilədək ölkəyə gələn mühacirlərin sayı kəskin şəkildə artmışdır, lakin iqtisadi böhran qısa zamanda buna son qoymuşdur.
Keçmiş mühacirlərin özləri deyirlər ki, indi Latın Amerikası ölkələrinin imkanları İspaniyadakından xeyli çoxdur.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...