PDF Oxu

Dünya

  • 1 721

Yunanıstan parlamenti 15 min dövlət qulluqçusunu ixtisara salınmasını bəyənmişdir

Yunanıstan parlamenti 15 min dövlət qulluqçusunu ixtisara salınmasını bəyənmişdir

AzərTAc Yunanıstan parlamenti dövlət qurumlarında hökumətin 15 min iş yerini ixtisar etməsinə imkan verən qanun layihəsi qəbul etmişdir. Beləliklə, Afina beynəlxalq maliyyə yardımının 2 milyard dollar məbləğində növbəti tranşının alınması şərtlərindən birini yerinə yetirmişdir.

Yeni qanun həmçinin iş yerinin ömürlük təhkim edilməsi təcrübəsinə son qoymuşdur. Tənqidçilərin fikrincə, bu təcrübə ölkədə geniş yayılmış bürokratiyanı müdafiə edirdi. Hökumət belə hesab edir ki, qanun dövlət sektorunun xeyrinə olacaq, intizamsız işçilərdən xilas olmağa imkan verəcək, iş yerlərini gənc və istedadlı mütəxəssislər üçün azad edəcəkdir. Qanun layihəsinin qəbul edilməsi Yunanıstan parlamentinin binası qarşısında etirazlarla qarşılanmışdır. Mitinq iştirakçılarının fikrincə, sənəd ölkədə artıq misli görünməmiş səviyyəyə çatmış işsizlik sahəsində vəziyyəti dərinləşdirəcəkdir.

Mart ayının ortalarında beynəlxalq kreditorlar büdcə kəsirinin azaldılmasına yönəldilmiş islahatların həyata keçirilməsində Yunanıstanın xeyli irəlilədiyini qeyd etmişlər. Lakin onlar bildirmişlər ki, ölkəyə növbəti kredit tranşı ayrılmazdan əvvəl Afina daha bir sıra tədbirlər görməlidir. Yunanıstana beynəlxalq yardımın ümumi həcmi 173 milyard avrodur.

AzərTAc

Digər xəbərlər