Bu həftə Avropa Mərkəzi Bankının (AMB) Müdirlər Şurası tərəfindən faiz dərəcəsinin daha da azaldılması Avrozonanın problemli ölkələrində maliyyə vəziyyətini çətin ki, düzəldə bilsin.
Bu fikri aprelin 30-da Avstriya İqtisadiyyat Palatasının Maliyyə siyasəti idarəsinin başçısı Ralf Kronberger bildirmişdir. Onun fikrincə, "bu, hər şeydən əvvəl İtaliya, İspaniya və Yunanıstana kömək göstərməyə hazırlıq barədə siqnal ola bilər, amma nəzərəçarpacaq iqtisadi səmərə verməyəcəkdir".
O, həmçinin qeyd etmişdir ki, "AMB dərəcələrinin aşağı salınmasının həm də milli banklarda nə dərəcədə öz əksini tapacağından" çox şey asılı olacaqdır.
Bundan başqa, Kronberger bildirmişdir ki, Avropa Mərkəzi Bankı dərəcə məsələsinə ehtiyatla yanaşmalıdır, çünki bu dərəcələr onsuz da minimal səviyyədədir. Ekspert izahat vermişdir ki, əgər dərəcə 25 bənd, yəni 0,50 faizədək endirilsə, vəziyyət pisləşdikdə AMB-nin manevr etməyə sadəcə yeri qalmayacaqdır.
Onun fikrincə, bu gün vəziyyət o qədər də kritik deyildir.
Avropa Mərkəzi Bankı Müdirlər Şurasının iclası mayın 2-nə planlaşdırılmışdır. İclasda hazırda 0,75 faiz təşkil edən baza uçot dərəcəsinin dəyişdirilməsi məsələsinə baxılacaqdır. Bundan əvvəl AMB uçot dərəcələrini 2012-ci ilin iyulunda azaltmışdı.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...