ABŞ və Koreya Respublikası ikiaylıq hərbi təlimləri başa çatdırsalar da Koreya Xalq Demokratik Respublikasında (KXDR) vəziyyətə görə yüksək hərbi hazırlıq halında qalmaqda davam edirlər. Rəsmi Pxenyan həmin təlimlərə kəskin reaksiya vermiş və nəticədə vəziyyət daha da gərginləşmişdir.
Təlimlərin sonunda Koreya Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, KXDR hələ də orta məsafəli ballistik raketi buraxılış meydançasından götürməmişdir.
O, həmçinin demişdir ki, ABŞ və Koreya Respublikasının silahlı qüvvələri hərbi təlimlər başa çatsa da KXDR tərəfindən mümkün təxribatın qarşısını almaq üçün vəziyyəti ciddi nəzarətdə saxlamaqda davam edəcəklər.
ABŞ silahlı qüvvələri ilə Koreya Respublikasının silahlı qüvvələri arasında ilk dəfə KXDR tərəfindən təxribat baş verdiyi təqdirdə lazımi yardımın göstəriləcəyi barədə sənəd də imzalanmışdır.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...