PDF Oxu

Dünya

  • 1 509

Liviyada “siyasi təcrid” problemi davam edir

Liviyada “siyasi təcrid” problemi davam edir

Liviyada "siyasi təcrid" problemi davam edir. Silahlı şəxslər xarici və daxili işlər, eləcə də maliyyə nazirliklərindən sonra Ədliyyə Nazirliyinin binasını mühasirəyə almışlar.

BBC kanalının məlumatına görə onlar sabiq prezident Müəmmar Qəddafi dövründə yüksək vəzifə tutmuş şəxslərin hazırkı hökumətdən uzaqlaşdırılmasına dair qanunun qəbul olunmasını tələb ediblər. Hava hücumundan müdafiə silahları ilə təchiz olunmuş avtomobillər nazirliyi əhatəyə alaraq oraya gedən yolları bağlamışlar. Nazirliklərin hədəfə alınmasına qarşı paytaxt Tripolidə etiraz aksiyası keçirilmişdir.

Qeyd edək ki, silahlılar bazar günündən bəri Xarici İşlər Nazirliyinin binasını mühasirədə saxlayırlar. Bu səbəbdən ölkə parlamentinin plenar iclası təxirə salınmışdır. Onların tələbinə cavab verən qanunun qəbul olunacağı təqdirdə bir neçə nazir və parlamentin spikeri vəzifələrini itirə bilərlər.

AzərTAc

Digər xəbərlər