PDF Oxu

Dünya

  • 1 723

Almaniyada işsizlərin sayı artmaqda davam edir

Almaniyada işsizlərin sayı artmaqda davam edir

"Welt Online" saytı Federal məşğulluq agentliyinin açıqladığı yeni hesabata əsasən xəbər verir ki, apreldə işsiz kimi qeydiyyatdan keçənlərin sayı 4 min nəfər artaraq 2 milyon 94 min nəfərə çatmışdır. Ekspertlər isə artımın 2 min nəfər olacağını gözləyirdilər.

Ümumilikdə ölkədə işsizliyin səviyyəsi 6,9 faiz təşkil edir. İqtisadi ekspert Devid Milleker avrozonadakı qeyri-müəyyənliyin Almaniyanın əmək bazarına mənfi təsir göstərdiyini bildirmişdir. Apreldə ölkədə biznes aktivliyi və sərmayəçilərin etimadı da aşağı düşmüşdür.

Federal statistika bürosunun məlumatına görə, Almaniyada pərakəndə satışlarda da azalma davam edir. Belə ki, martda pərakəndə satışların 0,3 faiz aşağı düşdüyü bildirilir.

İllik statistikada isə 2,8 faiz azalma qeydə alınmışdır.

AzərTAc

Digər xəbərlər