PDF Oxu

Dünya

  • 1 575

Avropa parlamenti və İrlandiya ipoteka kreditləşməsinin ümumi qaydalarını razılaşdırmışlar

Avropa parlamenti və İrlandiya ipoteka kreditləşməsinin ümumi qaydalarını razılaşdırmışlar

Avropa İttifaqında sədrlik edən İrlandiya hökuməti və Avropa parlamentinin deputatları ipoteka kreditləşməsinin ümumi qaydalarını razılaşdırmışlar.

Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Xəbərdə deyilir: "Saziş transsərhəd fəaliyyəti, maliyyə sabitliyi vasitəsilə səmərəli və rəqabət qabiliyyətli daxili bazar yaradılmasına yönəldilmişdir".

Sənəddə "istehlakçıların daha səmərəli müdafiəsini təmin edən" bir sıra tədbirlər də nəzərdə tutulmuşdur.

Avropa Parlamenti deputatlarının fikrincə, bu, Avropanın ipoteka sistemini möhkəmləndirəcəkdir.

AzərTAc

Digər xəbərlər