PDF Oxu

Dünya

  • 1 698

Yaponiyada əsas iqtisadi göstərici mart ayında da artmışdır

Yaponiyada əsas iqtisadi göstərici mart ayında da artmışdır

Yaponiyada iqtisadiyyatın əsas göstəricisi mart ayında da artmışdır. Bu göstərici artıq iki aydır ki, artmaqda davam edir.

Yaponiya Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata əsasən, uyğun gələn indikatorlar indeksi 2005-ci ildə qəbul edilmiş 100 bəndlik baza göstəricisinə münasibətdə 0,8 bənd artaraq 93,3 bəndə çatmışdır.

Bu indeks məşğulluq və sənaye istehsalının həcmi kimi faktorlar da daxil olmaqla ölkə iqtisadiyyatının cari vəziyyətini əks etdirir.

Onun artımının əsa səbəbi kimi smartfonlara artan tələbat əsasında komplektləşdirici hissələrin istehsalının yüksəlməsi göstərilir.

Bu artım səhmlərin qiymətinə ciddi təsir edərək zinət və geyim məhsullarının ticarətinə, həmçinin istehlakçı əhval-ruhiyyəsinin yüksəlməsinə də təkan vermişdir.

AzərTAc

Digər xəbərlər