PDF Oxu

Dünya

  • 1 840

İspaniyada “Hiddətlənmişlər” hərəkatının yaranmasının ikinci ildönümünü kütləvi aksiyalarla qeyd edilmişdir

İspaniyada “Hiddətlənmişlər” hərəkatının yaranmasının ikinci ildönümünü kütləvi aksiyalarla qeyd edilmişdir

İspaniyada "Hiddətlənmişlər" hərəkatının on minlərlə iştirakçısı mayın 12-də paytaxt Madridin "Günəş qapısı" meydanına toplaşaraq hərəkatın yaranmasının ikinci ildönümünü qeyd etmişdir.

Onlar iki il əvvəl olduğu kimi yenə də bankların ölkədə tam hökmranlıq etməsindən və hökumətin iqtisadi böhrandan çıxış yolları tapmaq iqtidarında olmamasından narazılıqlarını bildirmişlər. Bu ilki aksiya "Hiddətdən üsyana doğru: sistemlə toqquşma" şüarı altında keçmişdir.

Meydanda yenə də hökumətin istefa verməsi, habelə işsizliyin artmasına, təhsil və səhiyyədən istifadə imkanlarının azalmasına, ipoteka kreditlərini ödəyə bilməyən insanların mənzillərindən küçəyə atılmasına gətirib çıxaran siyasi xəttin dəyişdirilməsi tələbləri səslənmişdir.

Mitinq zamanı Madriddə dövlət xəstəxanaları və poliklinikalarının özəlləşdirilməsi məsələsinə dair ictimai rəy sorğusunun nəticələri açıqlanmışdır. Təxminən bir milyon adam mühafizəkar Xalq Partiyası hökumətinin bu planına qarşı çıxmışdır.

"Hiddətlənmişlər" hərəkatı iştirakçılarının kütləvi nümayişləri İspaniyanın Barselona, Valensiya, Bilbao və başqa şəhərlərində də keçirilmişdir. Hakimiyyət orqanlarının icazəsi olmadan təşkil edilmiş bu aksiyalar gücləndirilmiş polis dəstələri tərəfindən müşayiət olunsa da ciddi toqquşmalar qeydə alınmamışdır.

AzərTAc

Digər xəbərlər