İndoneziyanın qərbində yerləşən Açex əyalətinin 30 mindən çox sakini güclü daşqınlar üzündən evindən-eşiyindən məhrum olmuşdur.
İndoneziya Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinin (TFAQMİ) başçısı S.P.Nuqroho bildirmişdir ki, beş gün sürən leysandan sonra əyalətin bəzi bölgələrində suyun səviyyəsi 2,5 metr artmışdır.
O demişdir: "Təkcə Ucunq-Manik kəndində 14 evi su yuyub aparmış, bir neçə körpü dağılmışdır".
S.Nuqrohonun sözlərinə görə, Simelue adasında kokos palması sınaraq beş yaşlı uşağın üstünə düşmüşdür.
Bundan əlavə, TFAQMİ-nin rayon idarəsinə məxsus kater əyalət sahilləri yaxınlığında batmışdır. Katerin içində altı nəfər olmuşdur. Onlardan beşi xilas edilmişdir, altıncı adamın axtarışları davam edir.
Təbii fəlakətin qurbanları barədə başqa məlumat hələlik daxil olmamışdır.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...