PDF Oxu

Dünya

  • 1 565

Nəvaz Şərif Pakistanın baş naziri seçiləcəyi təqdirdə ABŞ ilə münasibətləri möhkəmləndirmək niyyətindədir

Nəvaz Şərif Pakistanın baş naziri seçiləcəyi təqdirdə ABŞ ilə münasibətləri möhkəmləndirmək niyyətindədir

Ötən şənbə günü keçirilmiş parlament seçkilərində səslərin çoxunu yığmış Pakistan Müsəlman Liqasının lideri Nəvaz Şərif üçüncü dəfə bu islam ölkəsinin baş naziri olmağa hazırdır.

Əgər N.Şərif baş nazir seçilsə, onda onun hökumətinin xarici siyasətinin əsas vəzifələrindən biri ABŞ ilə münasibətləri möhkəmləndirmək olacaqdır.

N.Şərif bunu "Uoll-strit jornal" qəzetinə müsahibəsində bəyan etmişdir. Həmin müsahibənin bir hissəsi mayın 12-də nəşrin internet-saytında yerləşdirilmişdir.

Artıq iki dəfə - 1990-1993-cü illərdə və 1997-1999-cu illərdə ölkənin baş naziri olmuş 63 yaşlı N.Şərif əmindir ki, mübahisəli məsələlərin həllində ABŞ ilə kompromis əldə edə bilər.

N.Şərif demişdir: "Mən hökumət başçısı olanda ABŞ ilə münasibətlərimiz pis deyildi. Ümid edirəm ki, biz münasibətlərimizi elə həmin məcrada davam etdirəcəyik".

ABŞ Prezidenti Barak Obama Pakistanda keçirilmiş seçkilərin nəticələrini şərh edərək bildirmişdir ki, Vaşinqton bu ölkənin yeni hökuməti ilə əlaqələri möhkəmləndirmək niyyətindədir.

Barak Obamanın Ağ Ev tərəfindən yayılmış bəyanatında bildirilir ki, onun administrasiyası seçkilərin yekunlarına əsasən formalaşacaq Pakistan hökuməti ilə əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləyir.

AzərTAc

Digər xəbərlər