Xilasedicilər Türkiyənin cənub-şərqindəki Osmaniyyə əyalətində Amanos dağlarında qəzaya uğramış F-16 qırıcı təyyarəsinin pilotunun cəsədini aşkar etmişlər.
Bu barədə jurnalistlərə əyalətin qubernatoru Cəlaləddin Cərrah bildirmişdir.
Axtarış-xilasetmə işləri bir neçə saat sürmüşdür.
Qırıcı təyyarə çətinliklə keçilən meşəlik ərazidə qəzaya uğramışdır. Təyyarənin pilotu, kapitan Həmzə Gümüşsoyun yerdəki xidmət orqanlarına verdiyi sonuncu məlumat "katapultla tullanıram" olmuşdur. Bundan sonra təyyarə ilə əlaqə kəsilmişdir.
Cəsəd tapılan anadək xilasedicilər pilotun vaxtında maşını tərk edərək paraşütlə sağ-salamat yerə endiyinə ümid edirdilər.
Qəzanın səbəbləri haqqında məlumat verilmir.
Hərbçilər qırıcı təyyarənin qalıqlarının və "qara qutu"nun axtarışını davam etdirirlər. Onların hadisəyə aydınlıq gətirə biləcəyi güman edilir.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...