İtaliyanın cənubundakı Apuliya vilayətində əyalət administrasiyasının rəhbəri Taranto Covanni Florido həbs edilmişdir.
Yerli KİV-lərin mayın 15-də yaydığı məlumata görə, bu şəxs rüşvət almaqda ittiham edilir. C.Florido ilə bərabər onun administrasiyasının daha üç məmuruna ittihamnamələr təqdim edilmişdir. Onlar Avropada ən böyük poladtökmə müəssisəsi olan "İLVA" zavodunun fəaliyyəti ilə əlaqədar aparılan kompleks təhqiqat çərçivəsində İqtisadiyyat Nazirliyinin güc bölməsi olan Maliyyə Qvardiyasının əməkdaşları tərəfindən həbs edilmişlər.
Taranto prokurorluğu ətraf mühiti çirkləndirən və yerli əhalinin sağlamlığına ziyan vuran bu müəssisənin işinin dayandırılması barədə qərar çıxarmışdır.
Tibbi idarələrin verdiyi məlumata görə, son iki ildə Tarantoda xərçəng xəstəliyinə tutulanların sayı iki dəfə artmışdır.
İttihamnamədə göstərilir ki, məmurlar zavod rəhbərliyindən rüşvət alaraq ekologiya problemlərinə göz yumur və təmizləmə sistemlərinin qənaətbəxş vəziyyətdə olmasını təsdiq edən sertifikat verərək istehsal prosesinin davam etdirilməsinə imkan yaradırdılar.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...