PDF Oxu

Dünya

  • 1 700

Benilüks Azərbaycanlıları Konqresinin tərkibində yeni senatorluq institutu yaradılmışdır

Benilüks Azərbaycanlıları Konqresinin tərkibində yeni senatorluq institutu yaradılmışdır

Əsas ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) idarə heyətinin növbədənkənar toplantısı keçirilmişdir. Yığıncaqda Azərbaycan həqiqətlərini müxtəlif beynəlxalq təşkilatlara, habelə Benilüks məkanındakı ölkələrin ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən danışılmış, bu sahədə işlərin təkmilləşdirilməsinin və yeni layihələrin reallaşdırılmasının vacibliyi qeyd olunmuşdur.

BAK-ın tərkibində ölkəmizə dair məlumatları operativ şəkildə çatdıran və lobbiçilik məsələləri ilə ciddi məşğul olan senatorluq institutunun yaradılması məqsədəuyğun hesab edilmişdir.

Yeni institut Benilüks ölkələrində yaşayan azərbaycanlıları BAK ətrafında daha sıx birləşdirmək və onların fəaliyyətini istiqamətləndirmək məqsədi daşıyacaq, Avropa Parlamentində akkreditə olunan lobbiçilik qrupunun işinə lazımı dəstək verəcək, ən aktual məsələləri idarə heyətinin müzakirəsinə göndərəcək, qəbul olunan qərarların icrasına nəzarət edəcək və konqresin fəaliyyət istiqamətini müəyyənləşdirəcəkdir.

Senatorluq institutunun 7 nəfərlik üzvü artıq öz vəzifə səlahiyyətlərinin icrasına başlamışdır.

AzərTAc

Digər xəbərlər