BMT-nin Mühacirlər Üzrə Yüksək Komissarlığı Suriya əhalisinin 38%-nin, yəni 8,3 milyon insanın köməyə möhtacı olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, buna səbəb Suriyada baş verən vətəndaş müharibəsidir və bu rəqəmin artacağı istisna deyil. Köməyə ehtiyacı olan insanların 6,8 milyonu suriyalı, 1,5 milyonu isə vaxtı ilə qonşu dövlətlərdən sığınmaq üçün Suriyaya gələnlərdir. Komissarlığın məlumatına görə, havanın isti keçməsi və müharibə gedən bölgələrdə gigiyena qaydalarına əməl olunmaması insanlarda sağlamlıqla bağlı problemlər yaradır: "Hazırda 20 minə yaxın uşaq və qadın yüksək temperaturdan əziyyət çəkir. Bu kimi problemlər aradan qaldırılmasa, nəticədə suriyalılar dəhşətli xəstəliklərə yoluxa bilərlər".
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...