PDF Oxu

Dünya

  • 1 458

İngiltərə Milli Səhiyyə Xidmətinin rəhbəri gələn il təqaüdə çıxacağını açıqlamışdır

İngiltərə Milli Səhiyyə Xidmətinin rəhbəri gələn il təqaüdə çıxacağını açıqlamışdır

İngiltərə Milli Səhiyyə Xidmətinin (NHS) baş icraçı direktoru Deyvid Nikolson gələn ilin martında vəzifəsindən istefa verəcəyini və təqaüdə gedəcəyini açıqlamışdır.

"BBC News"in yaydığı verdiyi xəbərə görə, D.Nikolson Milli Səhiyyə Xidmətində 7 il xidmət göstərmişdir. Lakin son aylarda Stafford xəstəxanasındakı qalmaqallarda adı hallandığına görə gələn il vəzifəsindən gedəcəyini elan etmişdir.

Qalmaqallarla bağlı Britaniya parlamentinin üzvləri tərəfindən bir neçə dəfə istefaya çağırılan D.Nikolson, hazırkı vəzifəsindən öncə 10 ay yerli səhiyyə orqanlarında fəaliyyət göstərmişdir.

AzərTAc

Digər xəbərlər