PDF Oxu

Dünya

  • 1 617

İranda keçiriləcək növbəti prezident seçkilərində səkkiz namizəd mübarizə aparacaqdır

İranda keçiriləcək növbəti prezident seçkilərində səkkiz namizəd mübarizə aparacaqdır

İranda növbəti prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatı və təsdiqi prosesi başa çatmışdır. Nəzarət Şurası İran Daxili İşlər Nazirliyinin (DİN) təqdim etdiyi siyahıdakı şəxslərdən səkkizinin namizədliyini təsdiq etmişdir. Bunlar Səid Cəlili, Həddad Adel, Möhsen Rezaye, Həsən Ruhani, Məhəmmədrza Aref, Məhəmməd Qərəzi, Məhəmməd Bağır Qalibaf və Əli Əkbər Vilayətidir.

Prezident kürsüsü uğrunda mübarizə aparacaq şəxslərin hər biri İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyiyə yaxınlığı ilə tanınır. Onlara ən güclü rəqib ola biləcəyi gözlənilən Rəhim Moşayi və Haşemi Rəfsəncaninin adları namizədlər sırasında yoxdur. Ekspertlər hesab edirlər ki, namizədliyi təsdiq edilmiş iddiaçılardan yaxın günlərdə öz namizədliyini başqasının xeyrinə geri götürənlər də olacaqdır.

AzərTAc

Digər xəbərlər