PDF Oxu

Dünya

  • 1 716

Stokholm şəhərində iki gün davam edən iğtişaşlarla bağlı İsveç polisi tərəfindən 6 nəfər saxlanılmışdır

Stokholm şəhərində iki gün davam edən iğtişaşlarla bağlı İsveç polisi tərəfindən 6 nəfər saxlanılmışdır

Stokholm şəhərində iki gün davam edən iğtişaşlarla bağlı İsveç polisi tərəfindən 6 nəfər saxlanılmışdır.

"Euro news" kanalının məlumatına görə, toqquşmalar əhalisinin 80 faizini miqrantlar təşkil edən Xyusbu və Fitye rayonlarında baş vermişdir. Yüzədək maşın və onlarla zibil konteyneri yandırılmışdır. Gənclər polisə və yanğınsöndürənlərə daş atmış, dükanların vitrinlərini və bir neçə məktəbin şüşələrini sındırmışlar. Qarşıdurmalarda 4 polis əməkdaşı xəsarət almışdır.

İğtişaşlara səbəb ötən həftə polisin 69 yaşlı kişini zərərsizləşdirərkən öldürməsi olmuşdur.

Stokholm sakinləri polisin xüsusi qəddarlıqla davrandığını iddia edirlər.

AzərTAc

Digər xəbərlər