ABŞ-ın xarici işlər naziri Con Kerri polşalı həmkarı Radoslav Sikorski ilə keçirdiyi görüşün ardınca təşkil olunan mətbuat konfransında "Gezi" parkında baş verən hadisələrə münasibət bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kerri Türkiyədə baş verənləri izlədiyini deyib. O bildirib ki, baş verən hadisələrlə bağlı ABŞ Türkiyə rəhbərliyilə danışıqlar aparır: "Türkiyə rəhbərliyi istər rəsmi görüşlərdə, istərsə də xalq qarşısında çıxışları zamanı səsləndiridiyi fikirlərə sadiq qalmalıdır. Onlar insanların etiraz haqqlarının olduğunu qəbul etməklə azadlıq və demokratiya uğrunda onları dəstəkləməlidirlər".Polislərin insanları meydanlardan dağıtmaq üçün istifadə etdikləri vasitələrdən narazı olduğunu deyən Kerri hadisələr başa çatdıqdan sonra qanunları pozan polislər barədə istintaq işinin aparılacağına əminliyini ifadə edib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...