PDF Oxu

Dünya

  • 1 943

Braziliyada 10 sent üçün üsyan edirlər

Braziliyada 10 sent üçün üsyan edirlər

Ötən həftə metro və avtobusda gediş haqlarının qiymətinin 10 sent artırılması minlərlə braziliyalının etirazına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin ən böyük şəhəri olan Rio de Janeiroda 100 mindən çox insan etiraz aksiyası keçirib. Polis etirazçılara qarşı bibər qazı və plastik güllələrdən istifadə edib.

Eyni anda bir neçə şəhərə yayılan etirazların alovlanmasına nəqliyyatdakı gediş haqlarının artırılması səbəb olsa da, nümayişçilər hökumətin yeritdiyi siyasətə də qarşı çıxırlar. Etirazçılar 2014-cü il Futbol üzrə Dünya Çempionatı və 2016-cı ildə keçiriləcək olimpiadalar üçün tikilən stadionların ölkəyə böyük maddi ziyan vurmasından şikayətlənirlər. Dövlət büdcəsinin gərəksiz yerlərə xərcləndiyini deyən nümayişçilər, ağır vergi yükləri, təhsil, səhiyyə, təhlükəsizlik və nəqliyyat sahəsindəki çatışmazlıqlara da etiraz edirlər.

sia.az

Digər xəbərlər