İstanbul Bələdiyyəsi Gəzi Parkına iki gün ərzində 100 yeni ağac əkib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, parkda eyni zamanda dekorativ ağaclar, bitkilər və 152 min mövsümü çiçək əkilib.
Qeyd edək ki, Türkiyədə vəziyyət gərgin olaraq qalır. Dünən Taksim meydanında bir neçə nəfərdən ibarət qrup etiraz əlaməti olaraq bir müddət hərəkətsiz dayanıblar. Qrupdakıların bir hissəsi Atatürk Mədəniyyət Mərkəzinə doğru baxarkən, digərləri üzünü Gezi parkı istiqamətinə çevirib. Polis işçiləri etirazçıların ətrafında hər hansı bir hadisəyə qarşı hazır vəziyyətdə dayanıblar. Yerli və xarici KİV nümayəndələri isə etirazı maraqla qarşılayıblar. Etirazlarını davam etdirən qrupa ətrafdakı insanlar alqışlarla dəstək verib. Turistlər də etirazı maraqla izləyiblər.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...