PDF Oxu

Dünya

  • 1 918

Papua-Yeni Qvineya sahillərində maqnitudası 7,2 bal olan zəlzələ baş vermişdir

Papua-Yeni Qvineya sahillərində maqnitudası 7,2 bal olan zəlzələ baş vermişdir

Yeni Qvineya adasından şərqdə maqnitudası 7,2 bal olan zəlzələ baş vermişdir.

Bu barədə məlumatı ABŞ-ın Geoloji Xidməti yaymışdır.

Zəlzələnin episentri Yeni İrlandiya adasının 110 kilometrliyində (Papua-Yeni Qvineyaya məxsus olan Bismark arxipelaqında) olmuş, ocağı 379 kilometr dərinlikdə yerləşmişdir.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzinin (PTWC) saytında yerləşdirilmiş məlumatda bildirilir ki, sunami təhlükəsi elan edilməmişdir.

AzərTAc

Digər xəbərlər