PDF Oxu

Dünya

  • 1 659

Kanadada qatarın relsdən çıxması nəticəsində baş vermiş partlayış yerində yanğın söndürülmüşdür

Kanadada qatarın relsdən çıxması nəticəsində baş vermiş partlayış yerində yanğın söndürülmüşdür

Kanadanın Kvebek əyalətində yük qatarının qəzaya uğraması və daha sonra neft sisternlərinin alışması nəticəsində baş vermiş yanğın söndürülmüşdür. Bu barədə məlumatı Lak-Mejantik şəhərinin yanğınsöndürmə bölməsinin başçısı Deni Lozon vermişdir.

Fövqəladə hadisə nəticəsində 5 nəfər həlak olmuş, təxminən 40 nəfər itkin düşmüşdür. Xilasetmə işləri davam etdirilir.

Alovun söndürülməsinə 100-dən çox yanğınsöndürən, o cümlədən ABŞ-dan yanğınsöndürənlər cəlb olunmuşdur. Lakin şəhərin mərkəzini xilas etmək mümkün olmamışdır. Lak-Mejantik şəhərinin mərkəzi partlayışlar və yanğın nəticəsində, demək olar, tamamilə dağılmışdır.

ABŞ istiqamətində hərəkət edən, içərisində xam neft olan 73 sistern aparan qatar Lak-Mejantik şəhəri sərhədində relsdən çıxmışdır. Nəticədə partlayış baş vermişdir.

Təxminən min adam hadisə ilə bağlı evakuasiya edilmişdir.

Faciənin səbəbləri araşdırılır.

Artıq məlum olmuşdur ki, qatarı idarə edən olmamışdır.

Qatarın sahibi olan şirkətdən bildirmişlər ki, qatarı dayanacaqda saxlayan maşinist növbə yoldaşını gözləyirmiş. Qatar qəflətən hərəkətə gəlmiş və enişdə yüksək sürət götürərək relsdən çıxmışdır.

AzərTAc

Digər xəbərlər