PDF Oxu

Dünya

  • 1 654

Alyaskada içərisində 10 nəfər olan təyyarə qəzaya uğramışdır

Alyaskada içərisində 10 nəfər olan təyyarə qəzaya uğramışdır

İyulun 7-də Alyaska ştatının Soldotna şəhəri yaxınlığındakı aeroportda aerotaksi kimi istifadə edilən mini-təyyarə qəzaya uğramışdır.

Nəqliyyatda təhlükəsizlik üzrə milli komitənin verdiyi məlumata görə, təyyarədəki 10 nəfərin hamısı, o cümlədən pilot da həlak olmuşdur.

Alyaska sakinləri hər gün aerotaksidən istifadə edirlər. Lakin bu ştatın qeyri-adi iqlimi və relyefi sərnişinlər üçün qəza riskini artırır.

Soldotna yaxınlığında təyyarənin bu cür fəlakətli sonluqla başa çatmış qəzası son iki həftədə artıq ikinci hadisədir. Xatırladaq ki, iyunun 28-də Alyaska dağlarında elə bu cür aerotaksi qəzaya uğramış, nəticədə pilot və iki sərnişin həlak olmuşdur.

AzərTAc

Digər xəbərlər