Krasnodar diyarında Novosibirskdən Adlerə gedən sərnişin qatarının 5 vaqonu relsdən çıxmışdır.
Qəza-bərpa briqadaları həmin vaqonlardan üçünü qaldıra bilmişlər.
Qəzadan sonra 90-dan çox adam tibbi yardım üçün müraciət etmişdir. Son məlumatlara görə qatarın 15 sərnişininin, o cümlədən 5 uşağın xəstəxanalarda müalicəsi davam etdirilir.
Hazırda zərərçəkənlərə təcili psixoloji yardım göstərilir. 49 nəfərə bu cür yardım göstərilmişdir. Qaynar xətt telefonuna 174 müraciət daxil olmuşdur.
Hadisə yerində aparılan işlərə 1078 adam və 127 vahid texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyindən 657 adam və 69 vahid texnika cəlb edilmişdir.
Qəzanın əsas səbəbi kimi, qatarın və ya dəmiryol zolağının nasazlığı ehtimalları irəli sürülmüşdür.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...