PDF Oxu

Dünya

  • 1 796

İstanbul valisi: "Gezi Parkı xalqa açıqdır"

İstanbul valisi: "Gezi Parkı xalqa açıqdır"

"Gezi Parkı açıqdır, ancaq aksiya keçirmək istəməyənlərə açıqdır". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri İstanbul valisi Hüseyin Avni Mutlu jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, park xalqa açıq olmaqda davam edəcək. Mutlu, parkda toplantı və nümayişlərin keçirilməsinin qanunlara zidd olduğunu bildirib: "Əlbəttə, park yenə də açıqdır və xalqa açıq olmaqda davam edəcək. Amma bu gün bildirdiyim kimi, parkın bir etiraz mərkəzinə çevrilməsinə imkan verilməyəcək. Bu park uşaqlara, yaşlılara, gənclərə, qadınlara, bir sözlə, xalqımıza aiddir. Təəssüf ki, bu gün yenidən baş verənlər xoşagəlməz mənzərənin yaranmasına səbəb olub".

sia.az

Digər xəbərlər