PDF Oxu

Dünya

  • 2 020

İranda 12 Əfqanıstan vətəndaşı edam edilib

İranda 12 Əfqanıstan vətəndaşı edam edilib

İranda 12 Əfqanıstan vətəndaşı edam edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onların edam edilməsinə səbəb narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları olub. Edamın icrası İranın İsfahan, Kərəc və Ərak həbsxanalarında baş tutub.Qeyd edək ki, Əfqanıstan hökuməti dəfələrlə vətəndaşlarının edam olunması qərarını pisləyərək, bunun ləğv olunmasını tələb edib. Lakin onların cəhdi hələ ki, baş tutmayıb. İran hökuməti İran İslam Cəza Qanunlarını pozan hər bir şəxs üçün edam cəzasının eyni olduğunu vurğulayıb.

sia.az

Digər xəbərlər