Misirdə ötən gün baş verən hadisə nəticəsində ölənlərin və yaralananların sayı barədə dəqiq məlumat açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misir Təbiblər Birliyinin mətbuat spikeri Əhməd Lütfü Rabiatül Ədəviyyə meydanında Respublika Mühafizəkarları tərəfindən mülki əhaliyə qarşı açılan atəş nəticəsində 2-si həkim olmaqla 84 nəfərin öldüyünü, 7-si həkim olmaqla 1000 nəfərin yaralandığını deyib.Qeyd edək ki, ötən gün Ədəviyyə meydanında sübh namazı qılan insanlara Respublika Mühafizəkarları tərəfindən atəş açılıb. İlkin məlumatda hadisə nəticəsində 53 nəfərin öldüyü, 322 nəfərin yaralandığı açıqlamışdı.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...